ARDNŞ-in “NANONEFT” proqramı təsdiq edilib
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “NANONEFT” proqramı 4 hissədən - “Nanohasilat”, “Nanoqazma”, “Nanoneftkimya” və “Ekonanoneft” hissələrindən ibarətdir.
Proqram 2005-ci ildən başlayaraq, elmi istehsalatda alınmış müsbət nəticələr əsasında formalaşdırılıb. Sənəd cari vəziyyət, məqsəd və nəticələr, eyni zamanda 2010-2015-ci illərdə görüləcək işlər və gözlənilən iqtisadi səmərə mənbələri açıqlanmaqla tərtib olunub. 2005-ci ildən başlayaraq, “kiçik təsir effekti” deyilən prinsiplə elmi cəhətdən əsaslandırılmış nanotexnologiyalar işlənib, hasilatda, qazmada, neft kimyası sahəsində - yeni nanoaktiv maddələr və reagentlərin işlənməsi nəzərdə tutulub.
Dünya qazma praktikasında ilk dəfə olaraq “kiçik təsir effekti” əsasında quyuların qazılması prosesində mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılması üçün “HANONEFT”, “NANOBİTİUM”, “NANOQUDRON” və “NANOMAY” sistemlərinin elmi əsasları işlənib və praktik olaraq həyata keçirilib. Artıq anomal yüksək və alçaq lay təzyiqli reoloji kəsilişləri ilə səciyyələnən “Qum adası”, “Bibiheybət”, “Balaxanı” “Bəyimdağ-Təkçay” və “Günəşli” yataqlarında adı çəkilən nanosistemlərin tətbiqi müvəffəqiyyətlə həyata keçirilib, quyular mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılıb. Yeni sistemlərin istifadəsi quyu divarının dayanıqlığının qorunmasını, lay kollektorlarında mühafizə ekranının yaradılmasını və bununla da məhsuldar layların çirklənməsinin qarşısının alınmasını təmin edib və istifadəsi nəzərdə tutulmuş xarici kimyəvi reagentlərin sərfini kəskin şəkildə azaldıb.
Bununla yanaşı, “Nanoneftkimya” sahəsində də xeyli müsbət nəticə əldə olunub. Nanotəsir nəticəsində səthi gərilmə 70-87 faiz aşağı düşüb. Eyni zamanda duzçökmənin və korroziyanın qarşısının alınması istiqamətində unikal nəticələr əldə edilib. “Ekonanoneft” istiqaməti üzrə neft sənayesində yaranmış ekoloji problemlərin, hasilat zamanı neftlə birgə çıxarılmış lay sularının utilizə edilməsi, neft-şlam emal qurğularında neftin qum və sudan daha dərin ayrılmasını təmin etmək məqsədi ilə nanotexnologiyanın elmi əsasları işlənib. ARDNŞ-in neftçi alimləri tərəfindən işlənmiş proqramda qeyd edilən istiqamətlər üzrə 2010-2015-ci illər üçün neft sənayesində geniş tətbiq ediləcək tədbirlər dəqiqliklə göstərilib.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04