Xarici şirkətlərin qeydiyyat ünvanı dəyişib
Vergilər nazirinin müvafiq əmri ilə, yanvarın 25-dən etibarən Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla, Azərbaycanın digər ərazilərində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi (Heydər Əliyev pr-ti,105) tərəfindən həyata keçirilir.
Vergilər Nazirliyindən “APA-ECONOMICS”ə verilən məlumata görə, bu əmrə əsasən, həmçinin ali və orta ixtisas təhsil müəssisələri, maliyyə-sənaye qurumları, banklar, investisiya fondları, sığorta və audit təşkilatlarının dövlət qeydiyyatı da həmin qurum tərəfindən aparılacaq.
Xatırladaq ki, indiyədək bu işləri Vergilər Nazirliyinin ərazi idarələri həyata keçirirdi.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15