Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı audit yoxlamaları aparıla bilər
Lent.az-ın məlumatına görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, Hesablama Palatası həm fondun özündə, həm də fondun vəsaitləri hesabına maliyyələşən layihələrin icrası ilə bağlı yoxlamalar aparıb. Fond rəhbəri bildirib ki, Hesablama Palatası fondun vəsaitləri hesabına həyata keçirilən layihələrdə, o cümlədən, ictimaiyyət tərəfindən daha çox söz-söhbətə səbəb olan Oğuz - Qəbələ - Bakı su kəmərinin tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı araşdırmalar, audit yoxlamaları apara bilər. Ş.Mövsümovun sözlərinə görə, indiyədək bütün yoxlamaların nəticələri fondun özünün hesablamaları ilə tam üst-üstə düşüb.
Fondun icraçı direktoru həmçinin bildirib ki, Oğuz - Qəbələ - Bakı su kəmərinin tikintisinə ayrılan vəsaitlərin hesablanması üzrə Hesablama Palatasının apara biləcəyi audit yoxlamalarının nəticələri “Azərsu” Səhmdar Cəmiyyətində də olacaq. Və bu halda istənilən şəxs, maraqlı tərəflər bu məlumatlarla tanış ola bilərlər.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15