Mərkəzi Bank qızıl sikkə buraxacaq
Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar qızıl xatirə sikkəsi buraxılacaq.
Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, sikkənin buraxılması ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamına əsasən həyata keçiriləcək. Xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən 10 mart 2011-ci il tarixinədək ölkədaxili müsabiqə keçiriləcək. Müsabiqənin qalibinə 2000 manat məbləğində pul mükafatı veriləcək.
Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkəsinin dizaynı hazırlanacaq.
Xatırladaq ki, müsabiqənin elanı Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15