Neftin qiyməti fərqli istiqamətdə dəyişib
09 fevral 2011 10:49 (UTC +04:00)

Neftin qiyməti fərqli istiqamətdə dəyişib

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ-da strateji xammal ehtiyatı barədə məlumatların açıqlanmasının gözlənilməsi və Misirdə vəziyyətin yenidən gərginləşməsi fonunda dəyişib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,54 dollar düşərək 86,94 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,67 dollar bahalaşaraq 99,92 dollara çatıb.
# 544

Oxşar yazılar