“Azercell”in dövlət büdcəsinə ödənişləri kəskin azalıb
Şirkətdən “APA-ECONOMICS”ə verilən məlumata görə, 2010-cu ildə “Azercell” dövlət büdcəsinə vergi şəklində 114,6 mln. ABŞ dolları köçürüb, halbuki 2009-cu ildə vergi ödənişləri 150,7 mln. dollara bərabər olub.
Ümumiyyətlə, fəaliyyət göstərdiyi 14 il ərzində “Azercell” 868,2 mln. dollar məbləğində vergi ödəyib ki, şirkət Azərbaycanın qeyri-neft sektorunda ən iri vergi ödəyiciləri sırasındadır.
Şirkətin maliyyə şöbəsindən “APA-ECONOMICS”ə verilən məlumata görə, büdcə ödənişlərinin azalması əsasən şirkətin xərclərinin azalması (investisiya xərcləri istisna olmaqla), mənfəət vergisinin 22%-dən 20%-dək azaldılması, həmçinin bəzi ödənişlər üzrə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlıdır.
Bununla yanaşı, şirkətin ölkə iqtisadiyyatına 2010-cu ildə yatırdığı investisiyaların həcmi 2009-cu ilə nisbətən 86,9% artaraq 108,2 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə dövlət büdcəsinə “Azercell” tərəfindən ödənilən vəsaitin dövlət büdcəsinin ümumi gəlirlərində payı 1,85% təşkil edib.
Xatırladaq ki, “Azercell” şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 4,2 mln-dan artıq abunəçisi var.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15