Rusiyadan gələn qatarların qrafikində gecikmə yaranıb
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC rəhbərliyinin qərarına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 2011-ci il 4 fevral tarixindən etibarən Şimali Qafqaz Dəmir Yolunun Dərbənd-Artezian mənzilində sərnişin və yük qatarlarının hərəkətinə axşam saat 18:00-dan səhər saat 06:00-dək məhdudiyyət qoyulub. Qərarın qəbul olunmasının əsas səbəbi son vaxtlar Şimali Qafqaz Dəmir Yolunda tez-tez neqativ halların qeydə alınması, Dərbənddə komendant saatının tətbiq olunmasıdır.
Məhdudiyyətin tətbiq olunması ilə əlaqədar Azərbaycana gələn Moskva-Bakı, Sankt-Peterburq-Bakı, Rostov-Bakı sərnişin qatarları Bakıya 11-11,5 saat, Kiyev-Bakı, Xarkov-Bakı, Tümen-Bakı sərnişin qatarları isə 2-2,5 saat gecikmə ilə gəlir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakıdan gedən sərnişin qatarları Bakı-sərnişin stansiyasından cədvələ uyğun yola düşür.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15