Argentinada Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətinə dair film nümayiş olunub
22 fevral 2011 09:43 (UTC +04:00)

Argentinada Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətinə dair film nümayiş olunub

Fevralın 21-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə Argentinaya səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Argentinada dövlət gəlirlərinin yığımı və nəzarətinə məsul olan AFİP-ə gömrük, vergilər və sosial təminat kimi üç xidmət daxildir.

Səfərin ilk günü Aydın Əliyev Argentina gömrük xidmətinə gəlib, burada iki ölkənin gömrük orqanlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçdiyi tarixi yol və fəaliyyətinə dair film nümayiş olunub. Görüşdən sonra Aydın Əliyev Argentina gömrük xidmətinin rəhbər heyətinin müşayiəti ilə Buenos-Ayres portunun gömrük terminalına gəlib və terminalın fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması, “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin və Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş kitabların təqdimatının keçirilməsi, eyni zamanda Argentinanın hökumət, ictimai və işgüzar dairələrində görüşlər nəzərdə tutulur.
# 901

Oxşar yazılar