ARDNŞ və “MakDermott Kaspian Kontraktorz, İnk.” strateji alyans yaratdılar
Bu gün ARDNŞ və “MakDermott İnterneyşnl İnk.” şirkətinin törəmə müəssisəsi “MakDermott Kaspian Kontraktorz İnk.” arasında Xəzər regionunda irimiqyaslı borudüzmə və dalğıc xidmətləri üzrə strateji alyansın yaradılması haqqında müqavilə imzalanıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni Alyans Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Dərinsulu Günəşli” yatağının (AÇG) işlənməsi çərçivəsində kontrakt üzrə işləri həyata keçirəcək.
İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və “MakDermott Kaspian Kontraktorz, İnk.” şirkətinin prezidenti Con T. MakKormak çıxış ediblər. Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən birgə layihələrdə “MakDermott” şirkəti ilə ARDNŞ arasında effektiv əməkdaşlıq münasibəti qurulduğunu və bu müqavilənin imzalanması ilə həmin əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmin olduğunu bildirib. Con T. MakKormak rəhbərlik etdiyi şirkətin Xəzər dənizində ARDNŞ ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
Mərasimdə qeyd olunub ki, “MakDermott” şirkətinin malik olduğu potensial ARDNŞ-nin əldə etdiyi geniş bilik və zəngin təcrübə ilə birləşərək unikal bir qüvvəyə çevriləcək və bu, “AÇG” yataqlar blokunun işlənilməsi layihəsinin uğurla inkişaf etdirilməsinə öz töhfəsini verəcək. “MakDermott İnterneyşnl İnk.” Xəzər dənizi regionunda 20 illik iş təcrübəsinə malikdir. Şirkət layihələrin idarə edilməsində, boru kəmərlərinin və sualtı obyektlərin mühəndis-layihə işlərinin aparılmasında, tikintisində, hazırlanmasında və quraşdırılmasında liderlərdən biridir. Şirkət texniki konsepsiyadan başlayaraq istismarqabağı sınaq mərhələsinə qədər stasionar və üzən dəniz istehsalat qurğuları, boru kəmərləri və sualtı sistemlər işləyib hazırlayaraq öz sifarişçilərinə təhvil verir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15