Neft ucuzlaşmağa başlayıb
04 mart 2011 10:35 (UTC +04:00)

Neft ucuzlaşmağa başlayıb

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət dünya birliyinin Liviyadakı prosesə müdaxilə edə biləcəyi ilə bağlı xəbərlərdən sonra düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,32 dollar ucuzlaşaraq 101,91 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,56 dollar itirərək 114,79 dollar təşkil edib.
# 594

Oxşar yazılar