İTM hesabat verdi
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) özünün 2010-cu ildəki fəaliyyətinə dair hesabat xarakterli konfransını keçirib.
Lent.az-ın məlumatına görə, dövlət orqanları, səfirliklər, beynəlxalq təşkilatlar, donorlar və yerli QHT nümayəndələri iştirak etdiyi tədbirdə İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu təqdimatla çıxış edib. O qeyd edib ki, İTM aktiv fəaliyyətə 2003-cü ildən başlayıb. Bu müddət ərzində təşkilat “Büdcə şəffaflığı və büdcəyə nəzarət” Proqramı, “İqtisadi təhsilə yardım” Proqramı (hər ikisi 2004-cü ildə başlayıb və hazırda davam edir), “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərinin işlənilməsi” Proqramı (2006-cı ildən başlayıb və hazırda davam edir), “Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsi” Proqramı (2003-cü ildən başlayıb və hal-hazırda davam edir), “Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi” Proqramı (2009-2010-cu illər ərzində) kimi onlarla sosial-iqtisadi layihələr həyata keçirib.
Xatırladaq ki, İTM 5 ildir, öz fəaliyyəti barədə bütün maraqlı çevrələrə ətraflı hesabat verir. Mərkəz 2010-cu ildə 11348,17 manat Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta, 7161,52 manat isə dövlət büdcəsinə vergi ödəyib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15