Bakı metrosu Beynəlxalq Avtovağzalın altından keçəcək
İdarənin baş mühəndisi Elbrus Muradovun Lent.az-a verdiyi məlumata görə, bu stansiyanın iki istiqamətdə giriş və çıxışı olacaq. Birinci giriş və çıxış Bakı Beynəlxalq Avtovağzalının ərazisində, vağzalın qarşısında, hazırda avtodayanacaq kimi istifadə olunan sahədə yerləşəcək.
İkinci giriş-çıxış isə Biləcəri meydanı istiqamətində yerləşəcək. Artıq həmin ərazilərdə yerüstü qazıntı işlərinə başlanılıb.
Yeni istifadəyə veriləcək “Avtovağzal” stansiyası metronun “Xətai” stansiyası kimi ayrı xətt üzərində inşa olunur. Bu xəttə keçid isə metronun “Memar Əcəmi” stansiyası ərazisindən olacaq. E.Muradov bildirib ki, həmin keçid stansiyasında da tikinti işləri gedir. Gələcəkdə bu xətt üzərində Biləcəri və Xırdalanda da stansiyaların tikintisi nəzərdə tutulur. Yeni xətt üzrə hərəkət edən qatarlarda isə digərlərindən fərqli olaraq 6 deyil, 7 vaqon olacaq. Bu isə tikiləcək stansiyaların platformalarının daha böyük və geniş olacağı deməkdir.
Qeyd edək ki, hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilədək 3 dəfə çoxaldılması planlaşdırılır. Bakı Metropoliteninin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək 70-ə çatması gözlənilir.
Nizam RZA

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45