“AzEuroTel” BTRİB-in nəzdinə keçərək MMC-yə çevrildi
Rabitə Nazirliyinin və Böyük Britaniyanın “Lukoyl-Europa Ltd” şirkətinin təsisçiliyi və 50%-50% pay nisbəti ilə 1995-ci ildə “AzEuroTel” Birgə Müəssisəsi (BM) təsis edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rabitə Nazirliyi “AzEuroTel” BM-in Nizamnamə Fondunda 50 faizlik payını 50 min dollar həcmində vəsait ödəməklə formalaşdırıb, eyni zamanda nazirlik tərəfindən müəssisənin fəaliyyəti üçün bina, kommunikasiya qurğuları, yardımçı sahələr ayrılıb.
Hazırda 30 min nömrə tutumu və 27 min istifadəçisi olan “AzEuroTel” BM fəaliyyəti müddətində istifadəçilərə bir qayda olaraq müasir və nümunəvi xidmətlər göstərməsinə baxmayaraq, son illərdə şirkətin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər yaranıb, kənar təşkilatlara külli miqdarda borclar formalaşıb. Nəticədə “AzEuroTel”in investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses hələ də başa çatmayıb.
“AzEuroTel” BM-in xarici təsisçisi “Lukoyl-Evropa Ltd” şirkətinin bağlandığı və “AzEvroTel” BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, eyni zamanda nizamnamə fondunda 50 faiz dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə, “AzEuroTel” BM-in təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) nəzdində “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilib.
“AzEuroTel” BM-in “Az-Evro Tel” MMC-yə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45