Neft kəskin ucuzlaşıb
02 iyun 2011 11:32 (UTC +04:00)

Neft kəskin ucuzlaşıb

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ-da yeni iş yerlərinin planlaşdırıldığından az olması, eləcə də istehsalın aşağı düşməsi fonunda ucuzlaşıb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 2,41 dollar düşərək 100,29 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 2,20 dollar itirərək 114,53 dollar təşkil edib.
# 590

Oxşar yazılar