Gürcüstanda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 71 çatdı
02 iyun 2011 17:46 (UTC +04:00)

Gürcüstanda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 71 çatdı

Bu gün ARDNŞ-in Gürcüstandakı “SOCAR Energy Georgia - SOCAR Georgia Petroleum MMC” törəmə müəssisəsi “SOCAR” brendli daha 3 yeni yanacaqdoldurma məntəqəsini açıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
yanacaqdoldurma məntəqələrindən biri İmereti bölgəsinin Tkibuli rayonunda, 2-i isə Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə istifadəyə verilib.

Bununla da qonşu ölkədə yüksək keyfiyyətli xidmət göstərən “SOCAR Energy Georgia MMC”-yə məxsus YDM-lərin sayı 71-ə çatıb. Açılışda ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin, “SOCAR Energy Georgia MMC”-nin məsul şəxsləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
# 953

Oxşar yazılar