Azərbaycan Şərqi Avropa ölkələrinə neft ixrac edəcək
03 iyun 2011 16:56 (UTC +04:00)

Azərbaycan Şərqi Avropa ölkələrinə neft ixrac edəcək

«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib. Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan ÜDM-in 50%-i sənaye sektoru hesabına formalaşır. Təkcə ötən il ölkədə 51 mln. ton neft və 29 mlrd. kubmetr qaz hasil olunub, istehsal olunan məhsulun əksəriyyəti isə xarici bazarlara ixrac edilib.


V.Bəylərbəyovun sözlərinə görə, hazırda Gürcüstanın neft bazarının 80%-i məhz Azərbaycandan həyata keçirilən ixracın payına düşür: «Bununla yanaşı, Polşa, Litva və Ukrayna enerjidaşıyıcılarının daşınması üçün Avrasiya dəhlizinin inkişafında maraqlıdır».
ARDNŞ rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti Aralıq dənizi bazarında güclü mövqelərə malikdir: «Neftin 45%-i Aralıq, 20%-i isə Şimali Amerika bazarında satılır. Ukraynaya neft məhsullarını ixrac etdikdən sonra Belarus bazarına da çıxa biləcəyik. Sonrakı məqsədimiz xam neftin Çexiya, Slovakiya və Macarıstan kimi dövlətlərə satışını təşkil etməkdir. Artıq 2015-ci ilədək bu planlar realizə oluna bilər».


ARDNŞ-in aktivlərindən danışan V.Bəylərbəyov bildirib ki, hazırda şirkət Gürcüstan, Ukrayna və Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsi inşa edir, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və İrana enerji məhsulları ixrac edir.


Şirkət rəsmisi əlavə edib ki, Azərbaycan hökuməti Bakıdakı neft emalı zavodlarını şəhərdən kənara çıxarmaq niyyətindəyik və 2015-ci ilədək bu layihənin icrası başa çatdırılacaq.
# 489

Oxşar yazılar