Çexiya, Slovakiya və Macarıstan da bizdən neft alacaq
04 iyun 2011 11:42 (UTC +04:00)

Çexiya, Slovakiya və Macarıstan da bizdən neft alacaq

APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

“Azərbaycan Çexiya, Slovakiya və Macarıstana neft göndərə bilər ki, hazırda bu istiqamətdə danışıqlar aparılır. Biz bu ölkələrə istənilən vaxt neft ixracına başlaya bilərik. Belə ki, kəmər var və əlavə heç nə tikmək lazım deyil. Hər şey müqavilələrdən asılıdır” - deyə, V.Bəylərbəyov bildirib.

ARDNŞ rəsmisinin sözlərinə görə, hazırda sadalanan Şərqi Avropa ölkələrindəki neft emalı zavodları Azərbaycan neftini alır, lakin bu təchizat Rumıniya ərazisi ilə həyata keçirilir: “Bizim təklifimiz isə alternativ marşrutları və daha böyük həcmdə ixracı nəzərdə tutur. Məsələn, Odessa-Brodı kəmərinin ixrac imkanları illik 10 mln. tonla məhdudlaşır”.
# 560

Oxşar yazılar