“Şəffalıq, hesabatlılıq və neft gəlirlərinin düzgün idarə olunması” müzakirə edildi
07 iyun 2011 16:54 (UTC +04:00)

“Şəffalıq, hesabatlılıq və neft gəlirlərinin düzgün idarə olunması” müzakirə edildi

Lent.az-ın verdiyi məlumata görə, seminarda Norveç şahzadəsi Xokon Maqnus, “Statoil”in rəhbəri Sveyn Rennemo, Norveçin neft naziri Ola Borten Moe, Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov və Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün çoxtərəfli qrupunun üzvü Qubad İbadoğlu iştirak ediblər.


Ş.Mövsümov bildirib ki, Azərbaycan şəffaflıq təşəbbüsünə 2003-cü ildə qoşulub. O qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı bir barel neft və bir kub qazdan belə nə qədər gəlir daxil olduğunu bilir, gəlirlərlə bağlı məlumatlar ictimaiyyətə açıq formada çatdırılır.

Norveç neft naziri deyib ki, Azərbaycan bu günə qədər 13 hesabat təqdim edib. O, bu sahədə görülən işləri təqdir edib.

Q.İbadoğlu isə deyib ki, Azərbaycan hökuməti 2004-cü ildən şəffaflıq təşəbbüsündə vətəndaş cəmiyyətinin iştirakını təmin edib. O bildirib ki, bu, şirkətlər və vətəndaş cəmiyyəti nümayəndələrinin birlikdə iştirak etdiyi və qərar qəbul etdiyi yeganə formatlardan biridir: “Çox tərəfli qrupda vətəndaş cəmiyyəti nümayəndələri müzakirələrdə iştirak etsə də, onların təkliflərinin qəbul edilməsində problemlər var. Buna misal olaraq, neft haqqında qanunla bağlı təkliflərinin müzakirə edilmədiyini göstərmək olar.” Q.İbadoğlu bildirib ki, neft və qaz gəlirlərinin açıqlanmasında şəffaflıq təmin olunsa da, bu gəlirlərin xərclənməsində də şəffaflıq təmin edilməlidir. O qeyd edib ki, şirkətlər də gəlir və xərclərlə bağlı fərdi hesabat verməlidirlər.

Ş.Mövsümov sonda deyib ki, Azərbaycan və Norveç şəffaflıq sahəsində təcrübələrini bölüşməlidirlər. O bildirib ki, Azərbaycan öz təcrübəsini Norveçlə bölüşməyə borcludur. Q.İbadoğlu da deyib ki, Azərbaycanın bu sahədə Norveçdən daha təcrübəlidir.

Ramiz Mikayıloğlu
# 623

Oxşar yazılar