Azərbaycan şirkəti Gürcüstan və Moldova ordularına ayaqqabı geyindirəcək
Ölkədə hərbi ayaqqabıların istehsalı üzrə ixtisaslaşmış “Bot” şirkəti Moldova və Gürcüstan silahlı qüvvələrinin tenderlərinin qalibi olaraq bu ölkələrə əsgər çəkmələrinin ixracatına başlayıb. Şirkətin marketinq meneceri Nazim Vəliyevin Lent.az-a verdiyi məlumata görə, Moldova və Gürcüstan ordusundan hərbi ayaqqabı sifarişləri alan şirkət artıq bir neçə partiya şəklində bu ölkələrə məhsul ixracını reallaşdırıb.
“Yaxın vaxtlarda Gürcüstan ordusu üçün ayaqqabıların növbəti partiyasının tədarükünü başa çatdıracağıq. Sonuncu dəfə bu yaxınlarda Moldovaya 50 min cüt hərbi ayaqqabı ixrac etmişik” - deyən şirkət nümayəndəsinin sözlərinə görə, “Bot” şirkəti su keçirməyən, soyuq ərazilərdə, xüsusilə də Murovdağ kimi sərt şəraitlərdə əsgərlər üçün ayaqqabıların istehsalına da başlayıb. Bu ayaqqabıların alt hissəsi fərqli maddələrdən termopoliuretan altlığa (ikiqat) malikdir. İçində istilikyaradıcı içlik yerləşdirilib. Ümumilikdə yeni model əsgəri ayaqqabıların istehsalında xaricdən gətirilmiş xammaldan istifadə olunur.
Ramiz

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18