Əli Abbasov Vyanaya gedib
Avstriya paytaxtı Vyana şəhərində 8-9 iyun tarixlərində Avropa və Mərkəzi Asiya ölkələri üçün Dünya İqtisadi Forumu keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, forumda əsas müzakirə “İnnovasiya sərhədlərini genişləndirərək” (Expanding the Frontiers of Innovation) mövzusu ilə bağlı olacaq.
Azərbaycanı tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edir. Forumun işinə 500-dən artıq iştirakçının, o cümlədən dövlət və hökumət başçıları, rəsmi və biznes dairələri, KİV və QHT nümayəndələrinin qatılacağı gözlənilir. Əli Abbasov toplantı iştirakçılarını “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), eləcə də respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında məlumatlandıracaq.
Azərbaycan-Avstriya birgə qarışıq hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri olan Əli Abbasov səfər çərçivəsində Komissiyanın Avstriya tərəfindən həmsədri, Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal nazir müavini Bernadette Qerlinqerlə görüşəcək. Nazirin Avstriyada rabitə və İKT sahəsinə cavabdeh nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxardt ilə ikitərəfli görüşünün, o cümlədən “Avstriya-Azərbaycan Ticarət Palatası”nın (ATAZ) üzvü olan İKT şirkətləri qarşısında ölkəmizdə rabitə və İKT sahəsindəki layihələrin təqdim edilməsi və potensial sərmayəçilərin cəlb edilməsi üçün görüş-təqdimat mərasiminin təşkili nəzərdə tutulub.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18