Mərkəzi Bank jurnalistlərin biliklərini artırmaq üçün treninqlərə başlayır
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki ay davam edəcək treninqlərin keçirilməsində əsas məqsəd jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdir.
On sessiyadan ibarət treninqlərdə media nümayəndələrinə pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumat veriləcək və hər treninqin sonunda sual-cavab sessiyası təşkil ediləcək.
İlk treninqi giriş sözü ilə açan Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf departamentinin direktoru Asif Cahangirov deyib ki, treninqdə Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatındakı rolu barədə məlumat verilməklə yanaşı, KİV nümayəndələri başlıca makroiqtisadi və monetar terminlər, makroiqtisadi diaqnostika sistemi, pul siyasətinin məqsədləri və çərçivəsi, ödəniş sisteminin iqtisadi rolu, Mərkəzi Bankın kommunikasiya strategiyası haqqında da məlumatlar əldə etmək imkanı qazanacaqlar.
Açılışda Kommunikasiya departamentinin direktoru Rüfət Abbasov bildirib ki, iqtisadi sahədə yazan jurnalistlərin bank-maliyyə işi barədə biliklərinin artırılması nəinki Mərkəzi Bank, ümumilikdə Azərbaycan iqtisadiyyatı haqqında materialların daha peşəkar hazırlanmasında media mənsublarına kömək edəcək. Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18