Özbəkistanın müdafiə naziri Bakıda EHM zavodunda olub
14 iyun 2011 17:20 (UTC +04:00)

Özbəkistanın müdafiə naziri Bakıda EHM zavodunda olub

Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda Özbəkistan Respublikasının müdafiə naziri Berdiyev Kabul Raimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

Bu gün Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri Berdiyev Kabul Raimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Özbəkistan nümayəndə heyətinə Elektron Hesablayıcı Maşınlar Zavodunun fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

Zavodla yaxından tanış olan nümayəndə heyəti müəssisədə zirehli texnikaların istehsal prosesini izləyib. Sonra nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxış olub. Qonaqlar səfər çərçivəsində nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co.” müəssisəsində pilotsuz uçan aparatların istehsal prosesini izlədi və Bakı “Cihazqayırma” zavodunda təkmilləşdirilən zirehli maşınlarla tanış olublar.

Görüş zamanı nümayəndə heyətini Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erqaşev İsmatulla Raimoviç müşayət edib.
# 591

Oxşar yazılar