ARDNŞ nanotexnologiya sahəsində kəşfə imza atıb
Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ-in alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında «NanoMAY» sistemləri yaradılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibheybət”, “Balaxanı”, “Neft Daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilib, iqtisadiyyatda multiplikator effekti alınıb.
Hazırda nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir. Kiçik konsentrasiyalar nəzəriyyəsi əsasında işlənilmiş nanosistemlər anomal şəraitlərdə quyuların qazılması prosesində dövran edən qazma məhlullarının hidravlik itkilərinin, sürtünmə qüvvələrinin, enerji məsrəflərinin və kimyəvi reagentlərin, preparatların sərfinin 15-25% azalmasını təmin edib. Nanosistemlər respublikamızın patent sənədləri, texniki şərtləri statusunu almış, elmi-praktiki dəyərləri “UNESCO-EOLSS 6.152” “Nanoelm və nanotexnologiyalar” ensiklopediyasında dərc olunub.
Qazma sahəsində əldə olunan nailiyyətlər ARDNŞ-in icrası 2010-2015-ci illərə nəzərdə tutulan “Nanoneft” Proqramına layiqli töhfədir. Bu günlərdə ARDNŞ-də yeni yaradılmış “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində səmərəli iş aparılır.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18