Azərbaycanda səmt qazının yandırılmasına nəzarət üzrə İşçi Qrup yaradıldı
İyunun 21-də ARDNŞ-in baş ofisində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və “Şahdəniz” yatağında məşəldə yandırılan səmt qazının idarə edilməsinə həsr olunmuş görüş keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə həmin kontrakt sahələrində səmt qazının yandırılmasının azaldılması və utilizasiyası imkanları geniş şəkildə müzakirə olunub, bu işlərin idarə olunması məqsədi ilə İşçi Qrup yaradılıb və onun fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İşçi Qrupun fəaliyyətinin səmərəliliyini təmin etmək üçün ayda bir dəfədən az olmayaraq, toplanması qərara alınıb. Tədbirdə ARDNŞ-i ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin rəhbərliyi altında şirkətin ekologiya, neftin, qazın hasilatı və nəqli sahələri üzrə aparıcı mütəxəssisləri təmsil ediblər. Görüşə BP-Azərbaycan şirkətinin qaz üzrə meneceri Namiq Abbasov, Dünya Bankı “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının proqram meneceri Bent Svenson və həmin qurumların müvafiq sahələr üzrə mütəxəssisləri qatılıblar.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18