AzAL-dan bütün sərnişinlərə güzəştli tariflər
16 iyul 2011 11:56 (UTC +04:00)

AzAL-dan bütün sərnişinlərə güzəştli tariflər

APA-nın AzAL-ın saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə əlaqədar, daxili turizmin, eləcə də sanatoriya və istirahət zonalarının inkişaf etdirilməsi məqsədilə milli aviadaşıyıcı öz daxili imkanları hesabına vətəndaşlığından asılı olmayaraq, bütün kateqoriyalı sərnişinlər üçün güzəştli tariflər tətbiq edib.

15.07.2011-ci il tarixdən 31.12.2011-ci il tarixədək Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində aviabiletlər aşağıda göstərilən tariflərə müvafiq olacaq:

Bakı-Gəncə/Gəncə-Bakı – 40 AZN
Bakı-Lənkəran/Lənkəran-Bakı – 25 AZN
Bakı-Zaqatala/Zaqatala-Bakı – 35 AZN

Qeyd edək ki, bir müddət əvvəl belə güzəştlərin ölkə vətəndaşları üçün tətbiqinə başlanıb.
# 1078

Oxşar yazılar