DəmirBank nizamnamə kapitalını daha 1 mln. manat artıracaq
23 iyul 2011-ci il tarixdə DəmirBank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Lent.az-ın məlumatına görə, yığıncaqda Bankın fəaliyyəti ilə bağlı aşağıdakı strateji məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.
1. Kənar auditor tərəfindən təsdiqlənən və Audit Komitəsi tərəfindən tövsiyə edilən 2010-cu ilin yekunlarına dair Bankın illik maliyyə hesabatı təsdiq edilib;
2. 12 iyun 2010-cu il tarixli Səhmdarların Ümumi Yığıncağında elan edilən səhmlərin 1 milyon manat məbləğində növbəti emissiyasının nəticələri təsdiq edilib;
3. Bankın Nizamnamə kapitalının daha 1 milyon manat artırılması və bu məbləğdə əlavə səhmlərin emissiyası barədə qərar qəbul edilib;
4. Bankın səhmdarlarına 1 milyon manat məbləğində dividentlərin ödənilməsi barədə qərar qəbul edilib;
5. Bankın törəmə müəssisəsi “ADB Broker” MMC-nin fəaliyyətinin ölkənin qiymətli kağızlar bazarında genişləndirilməsi və xarici bazara çıxması üçün zəmin yaradılması məqsədilə müəssisənin 106 000 manat məbləğində bölüşdürülməmiş mənfəəti hesabına Nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib;
6. Bankda növbəti audit yoxlamasının aparılması üçün yeni audit şirkətinin seçilməsi üzrə tender elan olunması barədə qərar qəbul edilib.
“Bankın fəaliyyəti nəticəsində 2010-cu ildə əldə edilmiş və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq PriceWaterhouseCoopers beynəlxalq auditor şirkəti tərəfindən təsdiqlənən xalis mənfəətindən 1 milyon manat divident şəklində səhmdarlar arasında bölüşdürüləcək. Bu məbləğdən ilk növbədə imtiyazlı səhmlər üzrə illik 15% ödəniləcək, qalan məbləğ adi səhmlər üzrə mütənasib qaydada bölüşdürüləcək”, - deyə bankın İdarə Heyətinin Sədri cənab Roman Əmircanov bildirib.
Xatırladaq ki, bu 2011-ci ildə DəmirBank-ın səhmdarlarının 2-ci ümumi yığıncağıdır. 20 aprel 2011-ci il tarixdə səhmdarlarının növbədənkənar ümumi yığıncağında Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) tərəfindən təşkil ediləcək 30 milyon ABŞ dolları məbləğinədək sindikativ kreditin cəlb edilməsinə razılıq verilib.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49