Bakı-Böyük Kəsik dəmir yolunun daha 1,5 kilometri təmir olunub
Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparır. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Tatlı - Ağstafa sahəsinin 97-ci kilometrində start verilmişdir. Həmin gün 1 kilometr, 5 iyul 2011-ci ildə 96-94 kilometrdə 2 km, 21 iyul 2011-ci ildə 94-93-cü kilometrdə növbəti 1 km, 11 avqust 2011-ci ildə 93-92-ci kilometrdə 1,5 km kilometr yol əsaslı təmir edilib. Əsaslı təmir işlərini aparmaq üçün qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL şirkəti şirkəti arasında Çərçivə müqaviləsi imzalanıb. Çexiyanın “Trşinets celezarnı” zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılıb. Artıq 200 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.
Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən Ələt şpal zavodunda (“Azərinşaatservis”) istehsal olunur.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29