“Açıq mikrofon” Şirvanda quruldu -FOTO
03 avqust 2022 16:23 (UTC +04:00)

“Açıq mikrofon” Şirvanda quruldu -FOTO

Bu gün Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Şirvan şəhərində keçirilən “Açıq mikrofon” aksiyasında abonentlərin şikayətləri dinlənilib, müraciətləri qeydiyyata alınıb. 

Lent.az xəbər verir ki, yaşayış məntəqələrinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması, qaz sayğacının əvəz olunması və s. kimi müraciətlər ünvanlayan sakinlər onlara köməklik göstərilməsini istəyiblər. Fərdi qaydada hər bir sakinin müraciətini dinləyən əməkdaşlarımız qaldırılan məsələlərin bir çoxunu elə aksiya zamanı həll ediblər.

 Bəzi  müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıb.

# 1323
avatar

Oxşar yazılar