Anasını amansızlıqla öldürən oğula 18 il HƏBS CƏZASI
26 avqust 2026 16:45 (UTC +04:00)

Anasını amansızlıqla öldürən oğula 18 il HƏBS CƏZASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Emil Ağayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Emil Ağayevin 18 il azadlıqdan məhrum edildiyini elan edib.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

İttihama görə, 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı kişilərlə əlaqə saxladığına görə öldürüb. O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Qayınatasının gələcəyi barədə yalan deyərək anasını evə çağırıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. 

Anası işdən evə gəldikdə isə onu boğaraq üz nahiyəsindən yumruqlar vurub. Daha sonra öldüyündən əmin olmaq üçün 2 dəfə bıçaqla boğazından zərbə endirərək, xüsusi amansızlıqla öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar