Balakəndə yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Balakən rayon sakini Etibar Səməd oğlu Məmmədovun “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.
Qəzadan sonra sürücü E. Məmmədov və onun avtomobildə sərnişin olan həyat yoldaşı Leyla Vaqif qızı Məmmədova xəsarət alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan L. Məmmədova Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.