Antalyaya ən çox hansı ölkədən gedirlər? – İLK ÜÇLÜK
03 avqust 2022 18:55 (UTC +04:00)

Antalyaya ən çox hansı ölkədən gedirlər? – İLK ÜÇLÜK

2022-ci ilin 7 aylıq dövründə Antalyaya hava yolu ilə gələn turistlərin sayı 6 milyon 688 minə çatıb.

Lent.az TRT-yə istinadən bildirir ki, Antalya Valiliyinin məlumatına görə, "Covid-19" epidemiyasının təsirinin azalması və Təhlükəsiz Turizm Sertifikatı sayəsində Antalyaya gələn xarici turistlərin sayında ciddi artım olub.

Yanvar-iyul dövründə hava yolu ilə şəhərə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97 faiz artaraq 6 milyon 688 min 506 nəfər olub.

Mövsümün ən aktiv dövrü olan iyul ayında hava yolu ilə şəhərə gələn turistlərin sayı 2 milyon 403 min 992 nəfərə çatıb.

Cari ilin 7 aylıq dövründə ən çox turist 1 milyon 363 min 526 nəfərlə Almaniyadan gəlib.

İkinci yeri 1 milyon 275 min 353 turistlə Rusiya, üçüncü yeri isə 617 min 440 turistlə İngiltərə tutub.

# 2232
avatar

Oxşar yazılar