Azərbaycanda bu ərazilərdə qaz kəsilib
12 iyun 2026 10:46 (UTC +04:00)

Azərbaycanda bu ərazilərdə qaz kəsilib

0

Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

Bu barədə Lent.az-a "Azəriqaz"dan xəbər verilib.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.

Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar