Azərbaycanda problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
26 iyul 2022 19:42 (UTC +04:00)

Azərbaycanda problemli kreditlərlə bağlı ŞAD XƏBƏR

Bankların kredit portfelinin qalığı iyulun 1-nə 1.2% (221.7 mln. manat) artaraq 18,320 mln. manat olub.

Lent.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.2% (10,481.7 mln. manat) təşkil edib.

Ümumilikdə, cari ilin 6 ayında kredit portfelinin artımının 45%-i biznes, 40%-i istehlak, 15%-i ipoteka kreditəri hesabına olub. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.5% təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.7 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.5 faiz bəndi azalıb.

# 3150
avatar

Oxşar yazılar