Azərbaycandan tranzit keçməklə  Ermənistana buğda göndərildi
20 iyun 2026 13:00 (UTC +04:00)

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

0

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndərilib.

Lent.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar