“Azerçay” Milli Yaylaq Festivalında iştirak edib - FOTO
01 avqust 2022 17:31 (UTC +04:00)

“Azerçay” Milli Yaylaq Festivalında iştirak edib - FOTO

Ölkəmizin ilk milli markalarından olan doğma çay “Azerçay” II Milli Yaylaq Festivalına qatılıb. Hacıkənd qəsəbəsində 3 gün ərzində milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə təşkil edilən tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Lent.az xəbər verir ki, ümumilikdə 22 ölkədən 300-dən artıq xarici qonağın və on minlərlə tamaşaçının iştirak etdiyi festivalda “Azerçay” ziyarətçiləri çay süfrəsinə qonaq etdi. Stendi ziyarət edənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və digər dövlət rəsmiləri də olub.

Qeyd edək ki, milli dəyərlərimizə xüsusi həssaslıqla yanaşan “Azerçay” daim yerli və beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin yüksək səviyyədə təmsil olunmasını təmin edir. 100 faiz təbii olan adıçəkilən marka dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.


 

# 1608
avatar

Oxşar yazılar