Füzuli rayonunda vətəndaşların problemi dinlənildi -FOTO
08 avqust 2022 17:39 (UTC +04:00)

Füzuli rayonunda vətəndaşların problemi dinlənildi -FOTO

Vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərinin yerindəcə dinlənilməsinə xidmət edən "Səyyar qəbul otağı" Füzuli sakinlərinin ixtiyarında olub. 

Lent.az xəbər verir ki, keçirilən görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərini dinləyiblər. 
Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, işə qəbul, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin qazlaşdırılması, mənzilə əlavə 2-ci qaz sayğacının quraşdırılması ilə bağlı olub. 

Daxil olan müraciətlər araşdırılaraq Birlik tərəfindən müvafiq işlərin görülməsi məqsədi ilə qeydlər aparılıb, vətəndaşlara lazımi izahatlar verilib.

# 1464
avatar

Oxşar yazılar