Növbəti "Açıq mikrofon" Siyəzən rayonunda quruldu - FOTO
27 iyul 2022 18:52 (UTC +04:00)

Növbəti "Açıq mikrofon" Siyəzən rayonunda quruldu - FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyası bu gün Siyəzən rayonunda qurulub. 

Lent.az xəbər verir ki, sakinlər onları maraqlandıran suallara elə yerindəcə cavab tapdıqları üçün keçirilən aksiyadan məmnunluqlarını bildiriblər. Görüşdə qaz sayğacının quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və s. kimi müraciətlər ünvanlanıb. 

Sakinlərin səsləndirdikləri hər bir müraciət aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb. Bildirək ki, bütün müraciətlər “Azəriqaz” İB-nin rəhbərliyinin tapşırığına uyğun olaraq araşdırılacaq və həlli istiqamətində müvafiq qərarlar veriləcək.

# 1971
avatar

Oxşar yazılar