Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
06 dekabr 2022 17:13 (UTC +04:00)

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Quba rayonunda qurulub.

Lent.az xəbər verir ki, sakinlər qaz təchizatında üzləşdikləri problemləri mikrofon önündə səsləndiriblər.

Aksiya iştirakçılarından Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçinin quraşdırılmasını xahiş edib. “Açıq mikrofon”da ünvanlanan 6 müraciət eyniməqsədli olub ki, bu da Quba rayonundakı yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib. Aksiya zamanı səsləndirilən bütün müraciətlər Xaçmaz RQİİ-nin səlahiyyətli nümayəndələri tərəfindən dinlənilərək qeydiyyatı aparılıb.

# 1767
avatar

Fidan İlqar

Oxşar yazılar