160 qadın bu cinayətlərə görə məsuliyyətə cəlb olunub
08 oktyabr 2022 19:00 (UTC +04:00)

160 qadın bu cinayətlərə görə məsuliyyətə cəlb olunub

Narkotiklə əlaqəli 7344 fakt üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb. Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.

# 3762
avatar

Oxşar yazılar