Ata işə getmək üçün yuxudan oyanmayan  oğlunu öldürdü
18 aprel 2023 12:20 (UTC +04:00)

Ata işə getmək üçün yuxudan oyanmayan oğlunu öldürdü

Türkiyənin İzmi şəhərində ata oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə saat 08.30-da Bayraklı rayonu, Yamanlar məhəlləsində baş verib. İddialara görə, 72 yaşlı A.M.K. oğlunu işə getməsi üçün yuxudan oyandırmağa gedib. Oğlu 36 yaşlı Həsən Hüseyn Kaya onu oyandırmağa gələn atası ilə mübahisə etməyə başlayıb.

Burada ata-oğul arasında gərginlik artdıqda ata A.M.K oğlu Hüseyn Kayanı ov tüfəngi ilə vurub.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkim qruplarının müayinəsində atası tərəfindən vurulan Həsən Hüseyn Kayanın öldüyü müəyyən edilib.

Qətldə şübhəli bilinən A.M.K. saxlanılıb, istintaq davam edir.

# 2394
avatar

Oxşar yazılar