Atasının qovduğu 15 yaşlı qız  3 uşaqlı sevgilisinin evinə   qaçdı: FACİƏVİ SONLUQ
26 yanvar 2023 15:32 (UTC +04:00)

Atasının qovduğu 15 yaşlı qız 3 uşaqlı sevgilisinin evinə qaçdı: FACİƏVİ SONLUQ

Türkiyənin İstanbul şəhərində 15 yaşlı qız faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Küçükçekmece adlanan ərazidə qeydə alınıb. Məlumata görə, 15 yaşlı Mine Söylemez Çanaqqalada nənəsigildən İstanbula anasının evinə gedib. Ancaq ögey atası onu qəbul etməyib. Buna görə də, qız ordan qaçaraq, Küçükçekmecedə 3 uşaq atası olan suriyalı sevgilisinə sığınıb. Burada da yeniyetmə qızın bəxti gətirməyib. Belə ki, sevgilisinin bacısı onu qəbul etmək istəməyib.

Bir gün onların yaşadığı dördmərtəbəli binada yanğın olur. 6 nəfərlik ailə üzvü evdən qaçaraq, canını qurtarsa da, Mine suriyalı kişinin 7 aylıq körpəsi ilə birgə eyvandan özü atır. Yeniyetmə qız uzun müddət komada qalandan sonra orada ölüb.

Mərhum qızın nənəsi, anası və atası yanğın zamanı təkcə qızlarının ölməsini qəsd hesab edərək, şikayətçi olublar. Faktla bağlı araşdırmalar başlayıb.

# 3792
avatar

Oxşar yazılar