Azərbaycanda 47 yaşlı qadın qətlə yetirildi
26 yanvar 2023 15:26 (UTC +04:00)

Azərbaycanda 47 yaşlı qadın qətlə yetirildi

Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 47 yaşlı Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Atəş Ələkbərov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

# 2784
avatar

Oxşar yazılar