Azərbaycanda ailə DƏHŞƏTİ:  qardaşını öldürdü
13 oktyabr 2022 09:51 (UTC +04:00)

Azərbaycanda ailə DƏHŞƏTİ: qardaşını öldürdü

Yevlaxda qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 49 yaşlı Vüqar Əsədovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 51 yaşlı Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

# 3285
avatar

Oxşar yazılar