Azərbaycanda bir gündə 72 cinayət, 61 həbs -  KRİMİNAL XRONİKA
02 sentyabr 2022 10:22 (UTC +04:00)

Azərbaycanda bir gündə 72 cinayət, 61 həbs - KRİMİNAL XRONİKA

Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

# 2538
avatar

Mehman Nəbiyev

Oxşar yazılar