Azərbaycanda ŞOK:  ər keçmiş arvadını öldürdü - YENİLƏNİB
13 mart 2023 14:30 (UTC +04:00)

Azərbaycanda ŞOK: ər keçmiş arvadını öldürdü - YENİLƏNİB

Astarada qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonun Maşxan kəndində qeydə alınıb. Gəncə şəhər sakini 30 yaşlı Yusif Verdiyev, keçmiş həyat yoldaşı yoldaşı Gülşən Qəhrəmanovanı bıcaqla vuraraq qətlə yetirib.

Onların iki il əvvəl boşandıqları, birgə nikahdan 2 və 4 yaşlı iki uşaqlarının olduğu bildirilir.

Məlumata görə, hadisə azyaşlıların gözü qarşısında baş verib.

Faktla baglı Astara rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırma davam edir.

***

saat 13:55

Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı zərərçəkmiş şəxsin, 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

# 4584
avatar

Oxşar yazılar