Bakıda axtarışda olan oğru qadın  tutuldu
10 mart 2023 11:17 (UTC +04:00)

Bakıda axtarışda olan oğru qadın tutuldu

Bakıda marketdən pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.

# 2433
avatar

Oxşar yazılar