Bakıda marketdə silahlı İNSİDENT:  ölən var... - YENİLƏNİB  - VİDEO
04 mart 2023 13:19 (UTC +04:00)

Bakıda marketdə silahlı İNSİDENT: ölən var... - YENİLƏNİB - VİDEO

Bakıda marketdə öldürülən şəxsin görüntüləri yayılıb.

Lent.az həmin görüntüləri təqdim edir:

***
Saat: 12:47

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***

Bakıda marketdə atışma olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan marketlərin birində qeydə alınıb. Məlumata görə, 2 nəfər güllələnib, onlardan biri ölüb.

Məlumata görə, naməlum şəxs və ya şəxslər bankın inkasatorlarına silahlı hücum edib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

# 18681
avatar

Mehman Nəbiyev

Oxşar yazılar