Bakıda qadın bıçaqla evə basqın   edib
07 oktyabr 2022 16:14 (UTC +04:00)

Bakıda qadın bıçaqla evə basqın edib

Bakıda qadın soyğunçuluq edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsində qeydə alınıb. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

# 2463
avatar

Oxşar yazılar