Bakıda yataqxananın arxasında  QANLI OLAY:   46 yaşlı kişini...
23 avqust 2022 12:19 (UTC +04:00)

Bakıda yataqxananın arxasında QANLI OLAY: 46 yaşlı kişini...

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A. Gəraybəyli küçəsində yerləşən Nəsirəddin Tusi adına yataqxanada qeydə alınıb.

Burada yaşayan 46 yaşlı Rüstəmov Rövşən Aydın oğlu ilə naməlum şəxs arasında mübahisə yaşanıb. Mübahisə zamanı həmin şəxs R. Rüstəmovun qarnına bıçaqla bir zərbə vurub.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

# 2787
avatar

Mehman Nəbiyev

Oxşar yazılar