Bakıdakı qəzada 2 nəfər öldü:  maşından 40 min oğurlandı
12 oktyabr 2022 13:42 (UTC +04:00)

Bakıdakı qəzada 2 nəfər öldü: maşından 40 min oğurlandı

Bakıda avtomobil qarət edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının (təminən 68 min manat) oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Araşdırmalar zamanı oğurluğun qəzaya düşən avtomobildən edildiyi məlum olub.Belə ki, oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində Beytulla Babayevin sürdüyü “Range Rover” ilə A.Məhərrəmovun idarə etdiyi “Kia” toqquşub. Nəticədə “Kia”da olan sərnişinlər, Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.

Nardaran sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov maşındakı şəxslərə köməyə gələrkən qəzaya uğrayan avtomobildə pul olduğunu görüblər. Onlar yol polisinin Kürdəxanıdakı dayanacağınadək evakuatorla aparılan əzilmiş maşını təqib ediblər və dayanacaqda avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı

# 3327
avatar

Oxşar yazılar